MUSICAL HALL

n 1. musiqi zalı; 2. konsert zalı

MUSICAL BOX
MUSICIAN
OBASTAN VİKİ
Musical.ly
Musical.ly — video, mesajlaşma və canlı yayım yaratmaq üçün sosial şəbəkə proqramı idi. 2014-cü ilin aprelində yayımlanmışdı.
Hall Universiteti
Hall universiteti, University of Hull, Hull University — İngiltərədə Hall şəhərində Yorkşirin şərqində (East Riding of Yorkshire) yerləşir. UniPage reytinqinə görə, Hall universiteti ölkədə 55-ci, dünyada 628-ci yeri tutur.. Universitet Avropa Universitetləri Assosiasiyasına daxildir. == Tarix == === Yaranma tarixi === Hall universitetinin təməli 1927-ci ildə, York hersoqu şahzadə Albert (sonradan kral olmuş, tarixdə VI Corc adı ilə tanınan) tərəfindən qoyulub. Kollec Hall şəhər şurası Hall Şəhər Şurası və iki yerli xeyriyyəçi - Tomas Ferens və G. F. Grant tərəfindən bağışlanmış ərazidə inşa edilib. Artiq 1 il sonra elm və incəsənət üzrə ilk 14 bölmə öz ilk 39 tələbəsini qəbul etdi. həmin dövrdə kollec 1 binadan ibarət idi, indi həmin bina Venn binası adlanır (bina Hall şəhərində anadan olmuş riyaziyyatçı Con Vennin adını daşıyır). İndi həmin binada universitetin rəhbərliyi (müdiriyyət) yerləşir. Digər ilkin binalar: əvvəllər kitabxananən yerləşdiyi Koen binası (Cohen Building) və 1948-ci ildə Tələbələr Birliyi kimi inşa edilmiş Baş ştab (Staff House) binalarıdır. Daha bir ilkin bina - 1953-cü ildə tikilmiş Kimya binasıdır (Chemistry Building).
Hall adası
Hall adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada arxipelqın cənubunda yerləşir. Ada Çarlz Frensiz Hallın şərəfinə adlandırılmışdır. Adanın sahəsi 1049 km², ən hündür nöqtəsi isə 502 metrdir. Ərazisinin 921 km² buzla örtülmüşdür. Cənubunda buzdan azad iki burun vardır — Teqethoff və Frankfurt. == Tarixi == Hall adası insanlar tərəfindən ilk aşkarlanan Frans-İosif Torpağı arxipelaqına aid olan adadır. Onun ilk rəsmi açılışı 30 avqust 1873-cü ilə təsadüf edir. Ada Avstriya-Macarıstan təbələri olan Yulius Payer və Karl Vayprext tərəfindən kəşf edilmişdir.
Prentice Hall
Prentice Hall — təhsil mövzularında ixtisaslaşmış böyük Amerika nəşriyyatı. Savvas Learning Company-ə məxsusdur. Ali və orta təhsil bazarı üçün çap və elektron nəşrlər, mütəxəssislər üçün monoqrafiyalar, elmi fantastika nəşr edir. Prentice Hall öz texniki nəşrlərini elektron yardım xidməti olan Safari Books Online vasitəsilə də yayır. Prentice Hall 13 oktyabr 1913-cü ildə hüquq professoru Çarlz Qerstenberq və tələbəsi Riçard Ettinqer tərəfindən təsis edilmişdir. Bir ad olaraq analarının qız soyadlarını birləşdirdilər — Prentice və Hall. Prentice Hall lap əvvəldən geniş çeşiddə tədris ədəbiyyatı nəşr etməyə başladı — ibtidai, orta məktəblər və kolleclər üçün dərsliklərdən, peşəkarlar üçün kitablardan. 1984-cü ildə nəşriyyat Gulf+Western tərəfindən alındı ​​və həmin şirkətin Simon & Schuster nəşriyyat bölməsinin bir hissəsi oldu. Eyni zamanda, Prentice Hall-un bir neçə törəmə şirkəti: üçüncü şəxslərə satıldı və Reston Publishing törəmə şirkəti ləğv edildi. Prentice Hall-un törəmə şirkəti olan Reston Publishing, mikrokompüterlər ilk dəfə ortaya çıxanda texniki kitab nəşrinin önündə idi.
Baku Crystal Hall
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsi də burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Crocus City Hall
Crocus City Hall — Rusiyanın Krasnoqorsk şəhərində yerləşən konsert zalı. Crocus Group-un təsisçisi Araz Ağalarov "Crocus City Hall" konsert zalının inşasına 70 milyon dollar sərmayə yatırıb. Zal 2009-cu il oktyabrın 25-də açılıb və Müslüm Maqomayevin xatirəsinə adlandırılıb.
Crystal Hall (albom)
Crystal Hall – Azərbaycan müğənnisi Aygün Kazımovanın canlı albomu. Albom "SS production"un prodüserliyi ilə işıq üzü görmüşdür.
Hall Siti FK
Hall Siti — İngiltərənin Kinqston-apon-Hall şəhərini təmsil edən futbol klubu. Klub 1904-cü ildə qurulmuşdur. Klubun tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olmuşdur (1930).
Kinqston-apon-Hall
Kinqston-apon-Hall — Böyük Britaniyada, İngiltərədə şəhər.
Monti Hall problemi
Monti Hall problemi — Amerika istehsalı olan "Let's Make a Deal" (azərb. "Gəlin razılaşaq"‎) adlı və daha sonra aparıcın şərəfinə "Monty Hall" (azərb. "Monti Hall"‎) adlandırılmış oyun şousunda irəli sürülən ehtimal problemi formasında beyin yoran tapmacadır. Bu problem 1975-ci ildə Stiv Selvin tərəfindən "The American Statistician" (azərb. "Amerikalı Statist"‎) jurnalına göndərdiyi məktubda izah (həll) edilmişdir. Bu, 1990-cı ildə "Parade" jurnalındakı Meriln vos Savantın "Ask Marilyn" (azərb. "Merilndan soruş"‎) bölməsində sitat kimi verilmiş oxucu məktubundan götürülmüş bir sual kimi məşhurlaşmışdır: Vos Savantın cavabına görə iştirakçı öz seçimini dəyişərək digər qapını seçməlidir. Standart fərziyyələrə əsasən seçimini dəyişən iştirakçıların maşın qazanma şansı 2/3 olarkən öz əvvəlki seçimlərində sabit qalan iştirakçıların bu uduşu qazanma şansı yalnızca 1/3-dir. Təqdim olunmuş ehtimallar aparıcı və iştirakçının qapıları necə seçəcəyinə əsaslanan xüsusi fərziyyələrdən asılıdır. Burada (bu standart şərtlər altında) həlledici məqam iştirakçının ən başda 1 nömrəli qapını seçdiyi zamanla müqayisədə indi 2 və 3 nömrəli qapılar haqqında daha çox məlumat vardır: aparıcının məqsədli şəkildə edilmiş hərəkəti iştirakçının seçmədiyi qapıya əlavə dəyər əlavə edir, lakin iştirakçının ən başda seçdiyi qapının dəyərini dəyişmir.
Monty Hall problemi

Hall of Fame (mahnı)
Hall of Fame mahnısı — The Script rok qrupunun #3 albomunun ilk mahnısıdır. 2012-ci il İyul ayında çıxan mahnının klipi 21 avqust 2012-ci ildə çəkilmişdir. Klipdə həmçinin Will. I. Am da yer almışdır. Mahnının 2 versiyası vardır. Biri orijinal versiya, yəni təkcə The Script oxuyan, digəri isə klipdəki kimi Will. I. Am ilə. Mahnının klipi beynəlxalq video portalı olan YouTube-da yüz milyondan çox baxış əldə etmişdir.
"Crocus City Hall" hücumu
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Moskva şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.
Crocus City Hall hücumu

Live at the Royal Albert Hall (Arctic Monkeys albomu)
"Live at the Royal Albert Hall" – ingilis rok qrupu Arctic Monkeys-in 7 iyun 2018-ci ildə Londonda yerləşən Royal Albert Hall-da etdiyi çıxışdan ibarət canlı albomu. Albom 4 dekabr 2020-ci ildə Domino Recording Company tərəfindən buraxıldı və bütün gəlirlər War Child xeyriyyə fonduna bağışlandı. == Mahnı siyahısı == Bütün mahnıların sözlərini Aleks Törner yazıb, musiqiləri Arctic Monkeys bəstələmişdir.